Qatlanan “iPhone” belə görünəcək - Bu tarixdə satışa çıxacaq - FOTO

10 Yanvar 2026 17:28

"Apple"ın uzun müddətdir gözlənilən qatlanan "iPhone" modeli "iPhone Fold" 2026-cı ilin payızında satışa çıxması planlaşdırılır.

Milli.Az xəbər verir ki, cihazın kitab kimi açılan ekranı "iPad" mini ölçüsünə yaxın olacaq və həm daxili, həm də xarici ekranı ilə istifadəyə veriləcək.

İddialara görə, daxili ekran 7,76-8,3 düym arasında olacaq, qatlandıqda qalınlığı təxminən 11 mm, açıldıqda isə 5,64 mm olacaq. "Apple" qatlanan ekranlarda tez-tez yaranan qırış problemini minimuma endirmək üçün hibrid OLED texnologiyası və" Samsung Display"in ekranlarından istifadə edəcək.

"iPhone Fold" həmçinin ikili arxa kameraya, parlaq loqoya və nazik, müasir dizayna malik olacaq. Xarici ekran 5,49 düym ölçüsündə olacaq və cihazın qatlandıqda da istifadəyə yararlı qalmasını təmin edəcək.

Analitiklərin proqnozuna əsasən, "iPhone Fold"un qiyməti 2 000 dollardan yuxarı olacaq.

"Apple" yayılan məlumatları hələlik rəsmi şəkildə təsdiqləməyib.

Fidan Camal
Milli.Az