8 nəvəsi var, 10-cu uşağını dünyaya gətirdi - FOTO

10 Yanvar 2026 13:13

Lənkəranda ailənin 10-cu uşağı doğulub.

Milli.Az xəbər verir ki, rayonun Sinovli kənd sakini 45 yaşlı Samirə Mehrəliyeva 10-cu uşağını dünyaya gətirib.

Lənkəran Regional Perinatal Mərkəzdə doğulan uşağın cinsiyyəti oğlandır.

Qeyd edək ki, 26 ildir ailə quran ailənin 10 uşağından 7-si qız, 3-ü oğlandır. Qızlardan 5-i artıq ailə qurub. Samirə Mehrəliyevanın 8 nəvəsi var. /APA

Milli.Az