Trampdan İran rəhbərliyinə sərt xəbərdarlıq

10 Yanvar 2026 15:22

"İranın başı bəladadır".

Milli.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp İranla bağlı suala cavab verərkən bildirib.

O, ölkədəki vəziyyətin ciddi olduğunu dilə gətirib: "İranda xalqın bəzi şəhərlərdə nəzarəti ələ keçirdiyi müşahidə olunur və bu, bir neçə həftə əvvəl mümkün görünmürdü".

Tramp ABŞ-nin vəziyyəti yaxından izlədiyini vurğulayaraq, İrandakı etirazçıların təhlükəsizliyini istədiklərini bildirib. O, İran rəhbərliyinə müraciət edərək, nümayişçilərə qarşı güc tətbiq edilməməsi barədə xəbərdarlıq edib:

"İranlı liderlərə deyirəm, atəş açmasanız, yaxşı olar. Çünki biz də atəş açmağa başlaya bilərik".

Xatırladaq ki, İranda etirazlar 2025-ci il dekabrın sonlarında yerli valyuta olan rialın devalvasiyası səbəbindən başlayıb. Bundan sonra İran Mərkəzi Bankının rəhbəri Məhəmməd Fərzin istefa verib. Onun yerinə Əbdülnasir Hemmati təyin edilib.

Fidan
Milli.Az