Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo 30 milyon funt sterlinq xərclədikdən sonra xəyalındakı villasını sata bilər.
Milli.Az xəbər verir ki, futbolçu Corcinaya avqust ayında evlilik təklifi edib. Onlar 2016-cı ildən münasibətdədirlər və iki qızları var. Cütlük toyu 2026-cı il dünya çempionatından sonra keçirməyi planlaşdırır.
Səkkiz yataq otağı, hovuzu, yeraltı dayanacağı və şəxsi kino zalı olan malikanə artıq tikilib, lakin Ronaldu toy mərasimindən sonra onu sata bilər. Tikilinin təxmini dəyəri 40 milyon dollar qiymətləndirilir.
Ronaldo "Portuqaliya Riviera" kurortunda məxfiliyin olmamasından narahatdır və təhlükəsizliyini artırmaq üçün bitişik torpaq sahəsini və qonşuluqdakı qızıl meydançasını almaq istəsə də, bu təkliflər rədd edilib.
Bununla belə, Kaşkaişdəki malikanə Ronaldu və Corcinanın toy mərasiminin keçiriləcəyi məkan ola bilər və villa yalnız bu hadisədən sonra satılacaq.
Fidan
Milli.Az