Ana və oğlu qazdan zəhərləndi - Ölən var

10 Yanvar 2026 10:50

Tərtərdə ana və oğlu qaz sızmasından zəhərlənib.

Milli.Az xəbər verir ki, vəziyyəti ağır olan 52 yaşlı oğul Müşviq Əzimov ölüb.

70 yaşlı Sahibə Əzimovanın isə həyatını xilas etmək mümkün olub.

Araşdırma zamanı hadisənin evdəki sobadan sızan qaz səbəbindən baş verdiyi məlum olub.

Faktla bağlı rayon prokurorluğu araşdırma aparır.

Milli.Az