“Qalatasaray” “Fənərbağça”ya qarşı

10 Yanvar 2026 10:16

Bu gün futbol üzrə Türkiyə Superkubokunda mövsümün ən maraqla gözlənilən final qarşılaşması baş tutacaq.

Milli.Az xəbər verir ki, həlledici oyunda Türkiyə futbolunun əzəli rəqibləri - "Qalatasaray" və "Fənərbağça" üz-üzə gələcəklər.

Final matçı İstanbulun Atatürk Olimpiya Stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 19:45-də start götürəcək. Qarşılaşmanın baş hakimi Halil Umut Mələr olacaq.

Xatırladaq ki, yarımfinal mərhələsində "Qalatasaray" "Trabzonspor"u, "Fənərbağça" isə "Samsunspor"u məğlub edərək finala yüksəlib.

Tural
Milli.Az