Vətən müharibəsi iştirakçısına yüksək vəzifə verildi

10 Yanvar 2026 09:34

Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinə yeni rəis təyin olunub.

Milli.Az xəbər verir ki, general-leytenant Şahin Bağırovun imzaladığı əmrlə sözügedən vəzifəyə Şamil Həsənli gətirilib.

Qeyd edək ki, 31 yaşlı Ş.Həsənli Vətən müharibəsi iştirakçısıdır. O, 2024-cü ildə Gəncə Gömrük İdarəsinə rəis təyin olunmuşdu. /"Teleqraf"

Milli.Az