ABŞ Venesuelada formalaşan yeni hakimiyyətlə əldə edilmiş müddətsiz razılaşma çərçivəsində yaxın zamanda 50 milyon barelə qədər Venesuela neftini emal edib satışa çıxarmağa başlayacaq.
Milli.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə böyük neft hasilatı şirkətlərinin rəhbərləri ilə keçirdiyi görüş zamanı açıqlama verib.
"Venesuela razılaşıb ki, ABŞ dərhal 50 milyon barelə qədər Venesuela xam neftinin emalı və satışına başlasın və bu proses müddətsiz şəkildə davam etsin. Biz buna tam hazırıq", - deyə Tramp bildirib.
Milli.Az