Macarıstan millisinin futbolçusu Atilla Osvalt Azərbaycanda oynamaq istəyir.
Milli.Az xəbər verir ki, bu barədə Azərtac-a oyunçunun meneceri məlumat verib.
O, 30 yaşlı oyunçunun xidmətlərini "Qarabağ" komandasına təklif etmək istədiklərini bildirib.
Hazırda ölkəsinin "Pakş" kollektivində çıxış edən müdafiəçi Macarıstan yığmasının heyətində 3 oyunda meydana çıxıb.
Milli.Az