ABŞ-in Venesuela əməliyyatı ilə bağlı YENİ DETALLAR

9 Yanvar 2026 14:28

Nikolas Maduronun ələ keçirilməsi planı zamanı baş verən hadisələrdə ölən və yaralananların sayı açıqlanıb.

Milli.Az xəbər verir ki, Venesuelanın daxili işlər naziri Diosdado Kabello bildirib ki, təxminən 100 nəfər həyatını itirib, oxşar sayda insan isə yaralanıb, lakin ölənlərin münaqişə iştirakçısı olmadığı vurğulanıb.

"The Guardian" daha əvvəl Venesuela Ordusunun 23 hərbçinin öldüyünü açıqladığını yazmışdı. Yanvarın 5-də Kuba hökuməti isə ABŞ tərəfindən həyata keçirilən əməliyyat zamanı 32 kubalının həlak olduğunu bildirmişdi.

ABŞ Prezidenti Donald Tramp isə əməliyyat zamanı heç bir amerikalı hərbçinin həyatını itirmədiyini açıqlayıb.

Asya
Milli.Az