Türkiyədə fırtına 3 nəfərin ölümünə səbəb oldu - FOTO

9 Yanvar 2026 13:16

Türkiyədə davam edən fırtına insan tələfatına səbəb olub. 

Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində ölkənin müxtəlif bölgələrində 3 nəfər həyatını itirib.

Belə ki, Bursada güclü küləyin divarı aşırması, Aksarayda isə damın uçması səbəbindən iki nəfər vəfat edib. Aydın şəhərində isə işçilər nəhəng dalğalar səbəbindən dənizə düşüb.

2 işçi ətrafdakıların köməyi ilə sudan çıxarılıb və ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Digər işçi Mustafa Dağın isə bir müddət sonra cəsədi tapılıb.

Təbii fəlakət İstanbulda da həyatı iflic edib. Məlumata görə, şəhərin bəzi yerlərində küləyin sürəti 75-80 km/saata çatır.

Fidan
Milil.Az