ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı satın almaq istəyi ətrafında yaranan gərginlik fonunda sosial şəbəkələrdə qeyri-adi bir təklif gündəmə gəlib.
Milli.Az xəbər verir ki, sosial mediada bu barədə maraqlı paylaşımlar diqqət mərkəzindədir: istifadəçilər Barron Trampın(Trampın kiçik oğlu) Danimarkanın şahzadəsi İzabella ilə evlənməsi və Qrenlandiyanın cehiz kimi Amerikaya verilməsi təklifini müzakirə edirlər.
Şahzadə İzabella Danimarka kral ailəsinin 18 yaşlı üzvü və Kral Frederik X ilə Kraliça Məryəmin qızıdır. Barron Tramp isə 19 yaşında, NYU-da təhsil alan ailənin ən kiçik üzvüdür.
Xatırladaq ki, son aylarda Ağ Evin Qrenlandiyanı almaq niyyəti, hətta hərbi müdaxilə ehtimalı ilə bağlı səslənən bəyanatlar Kopenhagen və Vaşinqton arasında ciddi diplomatik böhrana səbəb olub.
Fidan
Milli.Az