Türk Hava Yolları Tehrana uçuşları ləğv etdi

9 Yanvar 2026 12:31

Türk Hava Yolları İranın paytaxtı Tehrana uçuşları ləğv edib.

Milli.Az xəbər verir ki, bu barədə İstanbul Hava Limanı applikasiyasında qeyd olunub.

Bildirilib ki, uçuşların ləğv edilməsinə səbəb bu gün İranda cümə namazından sonra gözlənilən etiraz aksiyaları ilə bağlı ehtiyat tədbirlərinin görülməsidir. 

Xatırladaq ki, İranda artıq 10 gündən çoxdur iqtisadi böhran fonunda hökumət əleyhinə kütləvi etiraz aksiyaları keçirilir.

Milli.Az