İstanbul Baş Prokurorluğu tərəfindən qızıl qaçaqmalçılığına qarşı üçüncü əməliyyat dalğası başlayıb.
Milli.Az Türkiyə mediasına istinadla xəbər verir ki, əməliyyat çərçivəsində "ALEKS Metal", "AgaHolding" və "AgaBullion Precious Metals Inc." daxil olmaqla 7 şirkətə basqınlar həyata keçirilib.
Əməliyyat zamanı bu şirkətlərin sahibi olan 7 şübhəli həbs olunub və ünvanlarında axtarışlar aparılır.
Şübhəlilər aşağıdakı ittihamlarla üzləşirlər:
Cinayət törətmək məqsədilə təşkilat yaratmaq, qaçaqmalçılığa qarşı qanunun pozulması, dövlət qurumlarına və təşkilatlarına ağır ziyan verən dələduzluq, Mərkəzi Bank və əlaqəli qanunların pozulması
Fidan
Milli.Az