Ayda 347 manata mənzil - Gələn həftədən satışa çıxır

9 Yanvar 2026 13:50

Ayda 347 manat ödəməklə mənzil sahibi olmaq mümkündür.

Milli.Az-ın məlumatına görə, İpoteka və Kredit Zəmanət Fondu 15 yanvar tarixində yenidən kirayə üsulu ilə mənzil satışına başlayır.

Belə ki, şəxsi kabineti aktiv olan şəxslər müraciət edə bilərlər. Kabineti aktiv olmayanların isə öncə qeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, bu layihə demək olar hər ay həyata keçirilir və hazırda satışlar Sumqayıt şəhəri, Sülh Prospektində yerləşən mənzillərə aiddir. Layihə çərçivəsində təklif olunan Bağça şəhər yaşayış kompleksi müasir və keyfiyyətli binaları ilə seçilir.

Digər layihələrlə müqayisədə bu layihədə mənzil qazanmaq şansı daha yüksəkdir. Buna görə də iştirak etmək məsləhət görülür.

Layihənin şərtləri və ətraflı məlumat İpoteka və Kredit Zəmanət Fondunun rəsmi saytında yerləşdirilib. Yeniliklərdən vaxtında xəbərdar olmaq üçün WhatsApp və Telegram kanallarına üzv olmaq da mümkündür. Bütün detallı məlumatlar həmin platformalarda paylaşılır.

Mina Mikayılova
Milli.Az