Almaniyada 50 qoyun supermarketə soxulub.
Milli.Az xəbər verir ki, qeyri-adi hadisə zamanı onlarla ac qoyun yemək axtarışı ilə supermarketə daxil olub. Heyvanlar mağazanın içində gəzərək tərəvəz və çörək məhsullarını yeyiblər.
Hadisənin şahidi olan alıcılar maraqlı anları mobil telefonla lentə alıblar.
Mağaza əməkdaşları vəziyyəti nəzarətə almaq üçün müvəqqəti olaraq girişləri bağlayıb, daha sonra sürünün sahibləri hadisə yerinə çağırılıb.
Milli.Az