Rezervasiya etməsəniz, qalmağa ev tapmayacaqsınız - AÇIQLAMA

9 Yanvar 2026 17:00

Yay fəslinin gəlməsinə hələ çox qalsa da indidən bağ evlərini rezervasiya edənlərin sayı elə də az deyil. 

Milli.Az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, buna səbəb mövsüm ərzində qiymətlərin baha olması ilə bağlıdır:

"Yay aylarında mənzillərin gündəlik ortalama qiyməti 50 manatdan başlayaraq 500-600 manat arası dəyişə bilir. Mövsümdə bəzən süni qiymət artımları da olur. Bəzən isə vətəndaşlar elan saytlarında olan saxta reklamlara aldanırlar. Daha sonra həmin mənzillərin olmaması və ya başqa şəxsə verilməsi ilə bağlı problemlə qarşılaşırlar. 

Vətəndaşlar hansısa evi bron edərkən mütləq həmin əmlakın sahibi ilə danışmalıdırlar. Həmin əmlakın icarəyə götürülməsi ilə bağlı müqavilə bağlamalıdırlar. Qiymətlərə gəldikdə isə Bakı ətrafı bölgələrdən bahadır. Bakı kəndləri dəniz kənarı evlərin qiymərti min. 100 manatdan başlayır. Evlərin qiyməti dənizə yaxınlıq məsafəsi, otaq sayı və həyətdə hovuzun olub-olmaması ilə bağlıdır. 

Soyuq aylarda isə bağ evlərinin aylıq kirayə qiyməti 1500 manatdan başlayır. Digər şəxslər isə həmin evlərin qiymətinin üzərinə pul qoyaraq daha baha qiymətə kirayə verirlər". 

Eskpert bildirib ki, hazırda əmlak və torpaq bazarında qiymətlər stabildir. Yaxın aylar ərzində bahalaşma gözlənilmir. 

Aysel Əkbər
Milli.Az