Azərbaycanda zavodda PARTLAYIŞ - yaralanan var

9 Yanvar 2026 09:08

Sumqayıt şəhərində zavodda partlayış baş verib.

Milli.Az xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində yerləşən zavodların birində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1994-cü il təvəllüdlü Elməddin Səxavət oğlu Qurbanov operator işlədiyi zavodda borunun partlaması nəticəsində termiki yanıq xəsarətləri alıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az