105 yaşlı Nazxanım nənə vəfat etdi

9 Yanvar 2026 01:28

Azərbaycanda 105 yaşlı qadın vəfat edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Şamaxı şəhər sakini, 1920-ci il təvəllüdlü Nazxanım Allahyar qızı İmaməliyeva yanvarın 8-də dünyasını dəyişib.

105 yaşlı N.İmaməliyeva bu gün Şamaxı şəhərindəki "Yeddi günbəz" qəbiristanlığında dəfn ediləcək.

Milli.Az