Kadidən xəbər var

8 Yanvar 2026 18:32

"Qarabağ" futbol klubunun yarımmüdafiəçisi Kadi Borges meydançaya qayıdıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, sol fibulasında sınıq aşkarlanan futbolçu zədəsini sağaldaraq fərdi məşqlərə başlayıb.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının əsas mərhələsində keçirilən "Qarabağ" - "Çelsi" (2:2) qarşılaşmasının 31-ci dəqiqəsində zədələnən Kadi Borges iki ay yaşıl meydanlardan uzaq qalmışdı.

Milli.Az