İranda davam edən etiraz aksiyaları zamanı İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş generalı Qasım Süleymaninin abidəsi yandırılıb.
Milli.Az xəbər verir ki, hadisə İsfahan ostanının Kaşan şəhərində qeydə alınıb.
Sosial şəbəkələrdə abidənin alovlar içərisində olmasının görüntüləri yayılıb.
Xatırladaq ki, Q. Süleymani 2020-ci ildə Bağdad aeroportu yaxınlığında ABŞ tərəfindən pilotsuz uçuş aparatı ilə endirilən raket zərbəsi nəticəsində öldürülmüşdü.
Milli.Az