Dövlət Məşğulluq Agentliyinin yeni sədri kimdir? - DOSYE

8 Yanvar 2026 10:34

Xəbər verdiyimiz kimi, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə yeni təyinat olub.

Milli.Az xəbər verir ki, əmrə əsasən, Hasil Vasif oğlu Abbasov sözügedən vəzifəyə təyinat alıb.

Hasil Vasif oğlu Abbasovun dosyesini təqdim edirik: 

1 oktyabr 2024-cü ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışır.

Hasil Vasif oğlu Abbasov 1985-ci ildə Laçın şəhərində anadan olub.

2003-2007-ci illərdə Azərbaycan Dillər Universitetində "Beynəlxalq münasibətlər" ixtisası üzrə təhsil alıb.

2008-2010-cu illərdə təhsilinin magistr pilləsini Avstraliyanın Sidney şəhərində yerləşən Makquari Universitetində "Beynəlxalq münasibətlər tarixi və nəzəriyyəsi" ixtisası üzrə bitirib.

2012-2019-cu illərdə özəl sektorda müxtəlif vəzifələrdə işləyib.

2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Təhlil və strateji planlaşdırma şöbəsində sektor müdiri vəzifəsində çalışıb.

2022-ci ildə Asan İnnovativ İnkişaf Mərkəzinin direktoru olub.

2023-2024-cü illərdə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini vəzifəsində işləyib.

İngilis və rus dillərini bilir. Ailəlidir, 3 övladı var.

Aysel
Milli.Az