ABŞ prezidenti Donald Tramp artıq Moskvanı iqtisadi cəhətdən sarsıtmaq üçün nəzərdə tutulmuş sərt sanksiyalar paketi ilə razılaşıb.
Milli.Az xəbər verir ki, onun administrasiyası Rusiyanın Ukraynaya müdaxiləsi ilə başlayan müharibəyə son qoymaq üçün danışıqları davam etdirir.
Senator Lindsi Qraham RS.C., çərşənbə günü Ağ Evdə Trampla görüşdüyünü və görüş zamanı prezident aylardır üzərində işlənən Rusiyaya qarşı sanksiyalar qanun layihəsini təsdiqlədiyini açıqlayıb.
Qraham əvvəllər Trampın qanun layihəsinə "xeyir-dua" verdiyini, lakin əlavə maneələrlə qarşılaşdığını bildirmişdi. Lakin Ağ Ev rəsmisi çərşənbə günü "Associated Press"ə prezidentin sanksiyalar qanunvericiliyini dəstəklədiyini təsdiqləyib.
Milli.Az