"Sosial şəbəkələrdə "Nikosayağı" ləqəbi ilə tanınan bloger Nicat Şakirli uzun fasilədən sonra TikTok platformasında paylaşım edib.
Milli.Az-ın məlumatına görə, Nicat "Çukur" serialında Yamaç obrazının emosional səhnələrindən birini izləyiciləri ilə bölüşüb.
Videoda Ahmet Kaya və Selda Bağcanın ifasında səslənən "Öyle bir yerdeyim ki" mahnısı fon musiqisi kimi istifadə olunub.
Xatırladaq ki, 2023-cü ilin avqustunda Nicat Şakirlinin sükanı arxasında olduğu "Porsche" markalı avtomobil TIR-la toqquşub. Ağır yol-nəqliyyat hadisəsi zamanı avtomobildə olan dostu Ruslan Məmmədov hadisə yerində həyatını itirib. Nicat Şakirli isə ağır xəsarətlər alıb və onun sağ yuxarı əzası dirsəkdən amputasiya olunub.
Hüseyn
Milli.Az