"Beşiktaş" onu da göndərdi

8 Yanvar 2026 09:05

Türkiyənin "Beşiktaş" klubu norveçli futbolçusu Yunas Svenssonla yollarını ayırıb.

Milli.Az-ın məlumatına görə, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti açıqlama yayıb.

Qeyd edək ki, Svensson 2023/2024 mövsümündən etibarən "Beşiktaş"ın formasını geyinirdi. Sağ cinah müdafiəçisi qısa müddət ərzində komandanın uğurlarında pay sahibi olub və klubla birlikdə Türkiyə Kuboku ilə Superkuboku qazanmağı bacarıb.

Hüseyn
Milli.Az