Sosial şəbəkələrdə yayılan video maraqla qarşılanıb və qısa zamanda geniş müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, toy mərasiminə dəvət olunan oriental rəqqasənin çıxışı məclisdə gözlənilməz anlar yaşadıb. Rəqqasənin gəlinlə birlikdə nümayiş etdirdiyi rəqs şousu qonaqların xüsusi diqqətini çəkib. Videoda görünən məqamlardan belə anlaşılır ki, məclisdə olanların baxışlarının əsasən oriental rəqqasəyə yönəlməsi gəlinin narahatlığına səbəb olub.
Gəlinin mimikaları və davranışları onun bu vəziyyətdən peşman olduğu təəssüratını yaradıb. Sözügedən görüntülər sosial mediada müxtəlif fikirlərin səsləndirilməsinə yol açıb. Bəzi istifadəçilər toyda bu cür şou proqramların uyğun olmadığını bildirir, digərləri isə bunu adi əyləncə kimi dəyərləndirir.
Qeyd edək ki, video qısa müddətdə minlərlə baxış toplayaraq sosial şəbəkələr müzakirə olunan mövzularından birinə çevrilib.
Musa
Milli.Az