Müğənni Aysun İsmayılova şəxsi sərhədləri və xarakteri ilə bağlı maraqlı açıqlamalar verib.
Milli.Az-ın məlumatına görə, sənətçi bildirib ki, tanımadığı və yaxın münasibəti olmayan heç bir kişi ilə əl verib görüşmür və bu, onun prinsipial mövqeyidir:
"Mən tanımadığım, dostum olmayan heç bir bəyə əl verib görüşmürəm. Bu, mənim xarakterimdir".
Aysun İsmayılova haqqındakı şayiə və yazılara ciddi yanaşmadığını da vurğulayıb:
"Haqqımda nə yazsalar, vecimə deyil. Məni tanımırlar axı. Kimsə hardasa nəsə danışır, digərləri də inanır. Çünki deyən də onun tayındır. Əsas odur ki, mən özüm, ailəm və ətrafım necə xarakterdə olduğumu bilir".
Müğənni şəxsi həyatı ilə bağlı yayılan iddialara da münasibət bildirib:
"Bəziləri kimi gündə bir sevgili dəyişən deyiləm. Kimlərinsə sayəsində özümə gün ağlamamışam. Şıltaqlığım olub, amma hər zaman çalışmışam ki, özümü xanım-xatun aparım. Özümü qorumuşam, böyük-kiçik yeri bilməyə çalışmışam".
Aysun İsmayılova səhnədə davranış qaydalarına da toxunub. Onun sözlərinə görə, qadın həmkarları ilə səmimi münasibət normaldır, lakin kişilər tərəfindən sərhədlərin aşılması yolverilməzdir:
"Səhnədə bütün xanımlarla qucaqlaşıb öpüşürəm. Amma kişilər əlini belimə atanda yavaşca çəkirəm. Bu, mənə qarşı hörmətsizlikdir. Xanım olsa, mən də sarılaram. Tanımadığım bəy niyə belimdən tutmalıdır ki?"
Müğənninin bu açıqlamaları sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Musa
Milli.Az