Polkovnik vəzifəsindən azad edildi - FOTO

7 Yanvar 2026 20:43

Biləsuvar Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Sənan Şahbəndəyev vəzifəsindən azad edilib.

Milli.Az "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri general-leytenant Şahin Bağırov əmr imzalayıb.

Qeyd edək ki, bir müddət əvvəl Dövlət Gömrük Komitəsi tərəfindən Biləsuvar Gömrük İdarəsində keçirilmiş əməliyyat tədbirləri zamanı külli miqdarda qaçaqmal aşkar edilib.

Milli.Az