Dərnəgül bazarına yeni rəhbər təyin ediləcək

7 Yanvar 2026 16:35

"Dərnəgül Nəqliyyat Tikinti Ticarət" ASC-nin İdarə Heyətinə yeni sədr seçiləcək.

Milli.Az xəbər verir ki, bu barədə İqtisadiyyat.az ASC-dən məlumat əldə edib.

Qeyd edilib ki, yeni sədr məsələsi ilə bağlı fevralın 23-də şirkətin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Yığıncağın gündəliyinə bir məsələ daxil edilib ki, bu da sədrin seçilməsidir. 

Qeyd edək ki, "Dərnəgül Nəqliyyat Tikinti Ticarət" 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 93268 manat, qanuni təmsilçisi isə hazırda Samir Vaqif oğlu Qibləliyevdir.

Milli.Az