Azərbaycanlı idmançı üç il müddətinə cəzalandırıldı

7 Yanvar 2026 16:22

Azərbaycanlı atıcı Rəna Əsgərova cəzalandırılıb.

Bu barədə Milli.Az-a Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) məlumat verilib.

Onun nümunəsində qadağan edilmiş maddə (S4.Hormon və Metabolik Modulyatorlar/ Trizmetazidin) aşkarlanıb.

Rəna Əsgərova AMADA tərəfindən üç il müddətinə yarışlardan kənarlaşdırılıb. Onun cəza müddəti 2025-ci ilin iyulun 16-dan hesablanır.

Milli.Az