Müğənni Ayaz Qasımov qeyri-adi aksesuarı ilə diqqət mərkəzinə düşüb.
Milli.Az xəbər verir ki, ifaçının ən son texnoloji yenilikləri özündə birləşdirən eynəyi marağa səbəb olub.
Sözügedən eynək efir zamanı aparıcı Aytekin Əlimərdanova və studiya qonaqlarının da təəccübünə yol açıb.
Həmin anlardan çəkilən kadrlar sosial şəbəkələrdə paylaşılaraq qısa zamanda izləyicilərin diqqətini cəlb edib. Sosial media istifadəçiləri Ayaz Qasımovun qeyri-adi seçimini müzakirə mövzusuna çeviriblər. Sözügedən aksesuarın baha qiymətə olduğuna dair rəylər yazılıb.
Musa
Milli.Az