Şəkidə məktəbdə yanğın

7 Yanvar 2026 15:24

Şəkidə məktəb binasında yanğın olub.

Milli.Az xəbər verir ki, yanğın bu gün günorta saatlarında Şəki rayonu Köndələn kəndində 1 mərtəbəli məktəb binasının zirzəmisində qeydə alınıb.

Yanğının qarşısı dərhal alınıb. Xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az