Bu günlə bağlı hər kəsə XƏBƏRDARLIQ

7 Yanvar 2026 18:30

Bu gün G1-G2 səviyyəli geomaqnit qasırğası olması ehtimalı var.

Milli.Az xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Məlumata görə, 2025-ci il 31 dekabr və 2026-cı il 1 yanvarda qeyd olunan Tac Kütlə Atılmalarının təsiri ilə bu gün də G1-G2 səviyyəli geomaqnit qasırğası olması ehtimalı var. Sonra geomaqnit sahəsinin intensivliyinin sakit və qeyri-sabit səviyyələr arasında dəyişəcəyi gözlənilir.

Asya
Milli.Az