"Fatih" sərbəst buraxıldı - FOTO

7 Yanvar 2026 13:57

"Kızılcık Şerbeti" serialında Fatih obraz canlandıran Doğukan Güngör azadlığa buraxılıb.

Milli.Az xəbər verir ki, narkotik istintaqı çərçivəsində bazar günü saat 03:00 radələrində evinə edilən basqınla saxlanılan Güngör bu səhər ifadə vermək üçün Çağlayan Ədliyyəsinə gətirilib.

Səhər saat 09:00-da Çağlayana gətirilən və 25 nəfərlə birlikdə ifadəsi alınan aktyor sərbəst buraxılıb.

Milli.Az