"3-ün kruqunda" parking yaradıldı - Ən çox rayon taksiləri dayanırdı - FOTO

7 Yanvar 2026 10:50

Paytaxtın Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi ətrafında parkinq yaradılıb.

Milli.Az-ın məlumatına görə, körpü infrastrukturu boyu 20 Yanvar dairəsinə doğru M. Cəfərov küçəsində yaradılan parkinqin ödənişli olacağı bildirilir.

Qeyd edək ki, bundan əvvəl 3-cü mikrorayon dairəsi, körpünün alt hissəsində qanunsuz taksi və sərnişin daşıma xidməti göstərən avtomobillər dayanırdı. Daha sonra isə ərazinin ətrafına dəmir məhəccərlər quraşdırılmışdı. 

Mina Mikayılova
Milli.Az