Gəncədə 18 yaşlı oğlan qətlə yetirilib

7 Yanvar 2026 10:00

Gəncədə qətl hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 2008-ci il təvəllüdlü Z.Rzayev tanışı tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Gəncə şəhər prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az