Toy günü atanın gəlinə hərəkəti müzakirə yaratdı - VİDEO

10 Yanvar 2026 14:51

Sosial mediada yayılan toy videosu izləyicilərin diqqətini çəkib

Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan bir görüntü izləyicilər arasında geniş müzakirələrə səbəb olub.

Milli.Az-ın məlumatına görə, videoda göstərilir ki, toy günü ata evində gəlinin başı bir neçə dəfə elə atası tərəfinən "divara vurulub".

Görüntü sosial mediada müxtəlif reaksiyalar doğurub. İzləyicilər "Qəribə adət" adlandırdıqları bu hadisəyə fərqli şərhlər yazaraq fikirlərini bölüşüblər.

Qeyd edək ki, belə ənənələr bəzi bölgələrdə uzun illərdir mövcud olsa da, müasir dövrdə mübahisəli qarşılanır və ictimaiyyət arasında tənqid olunur.

Musa
Milli.Az