Salyanda 11 yaşlı uşaq iynədən şoka düşərək öldü

5 Yanvar 2026 15:47

Salyanda 11 yaşlı uşaq inyeksiyadan şoka düşərək ölüb.

Milli.Az xəbər verir ki, Salyan şəhər sakini 2015-ci il təvəllüdlü E.N. yüksək hərarətlə xəstəxanaya daxil olub.

Azyaşlının xəstəxanada inyeksiyadan şoka düşərək öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az