“Neftçi”də ciddi İTKİ - 1 ay oynamayacaq

5 Yanvar 2026 14:10

"Neftçi"nin beninli yarımmüdafiəçisi Sessi Dalmeyda zədələnib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, 30 yaşlı futbolçu Afrika Millətlər Kubokunun D qrupunda Benin və Botsvana arasında (1:0) keçirilən oyunda xəsarət alıb.

Nəticədə Dalmeyda 1/8 final mərhələsində Misirə qarşı keçiriləcək oyunda komandaya kömək edə bilməyəcək. Futbolçunun ən azı bir ay ərzində meydanlardan uzaq qalacağı gözlənilir.

Hüseyn
Milli.Az