Qəzada yaralanan 10 yaşlı Sərxanın vəziyyəti açıqlandı - VİDEO

5 Yanvar 2026 10:36

Dekabrın 25-i yol-nəqliyyat hadisəsində başından xəsarət alan 10 yaşlı Sərxanın vəziyyəti açıqlanıb.

Milli.Az xəbər verir ki, Mərkəzi Klinik Xəstəxanadan "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, xəstənin vəziyyəti orta-ağır olaraq qalır: "Sərxan Hüseynli pediatrik Reanimasiya şöbəsində müalicə alır. Vəziyyəti orta-ağır stabil olaraq qalır".

Xatırladaq ki, hadisə Bakının mərkəzi küçələrindən birində baş verib. Qəza zamanı piyada səkisində olan 10 yaşlı Sərxanın başına yol nişanı çırpılıb.  

Milli.Az