Azərbaycanda siqaretlərin qiymətində artım müşahidə olunur.
Milli.Az xəbər verir ki, rəsmi açıqlama verilməsə də, marketlərdən əldə edilən məlumata əsasən, siqaretlərin qiymətində 30-50 qəpik arası bahalaşma qeydə alınıb.
Qeyd olunur ki, qiymət artımı hələlik bəzi marketlərdə tətbiq edilir.
Bahalaşmanın səbəbləri ilə bağlı isə məlumat yoxdur./bakıvaxtı.az
Milli.Az