“Venesuela xalqının yanında olmağa davam edəcəyik” - Cevdet Yılmaz

4 Yanvar 2026 18:12

"Türkiyə Respublikası olaraq Venesuela böhranında hüququn, milli iradəyə hörmətin və Venesuela xalqının yanında olmağa davam edəcəyik".

Milli.Az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz "X" sosial şəbəkəsində yazıb.

O bildirib ki, beynəlxalq hüquqa hörmətlə yanaşan Türkiyə Venesuela xalqının yanında olacaq:

"Bütün tərəflərlə dialoq içində sabitliyi müdafiə etməyə davam edəcəyik".

Milli.Az