ABŞ prezidenti Donald Tramp ABŞ-ın Venesueladakı əməliyyatı ilə bağlı mətbuat konfransı keçirir.
Milli.Az xəbər verir ki, ondan Venesuelanın ABŞ tərəfindən idarə olunmasının ölkəyə Amerika qoşunlarının yeridilməsi mənasına gəlib-gəlmədiyi soruşulub.
Tramp bildirib ki, ABŞ ordusu "sahəyə enməkdən" qorxmur. O, əlavə edib ki, əslində Amerika hərbçiləri artıq ötən gecə keçirilən əməliyyatda "çox yüksək səviyyədə" sahədə olublar.
"Biz bu ölkənin lazımi qaydada (düzgün) idarə olunmasını təmin edəcəyik," - deyə o, vurğulayıb.
Ölkəni hansı mexanizmlə idarə edəcəyi barədə suala Tramp belə cavab verib:
"Hazırda idarəetmə üçün adamlar təyin edirik və tezliklə bu şəxslərin kim olduğunu sizə açıqlayacağıq."
"Venesuelanı kim idarə edəcək?" sualı verildikdə, Tramp əli ilə özünü və arxasında dayanan ABŞ Dövlət Katibi Marko Rubionu işarə edərək deyib:
"Müəyyən bir müddət ərzində ölkəni, əsasən, elə indi arxamda dayanan bu insanlar idarə edəcək."
Lalə Qüdrətova
Milli.Az