Türkiyədə zəlzələ oldu

3 Yanvar 2026 09:35

Türkiyənin Bingöl əyalətində zəif intensivli zəlzələ baş verib.

Milli.Az xəbər verir ki, 3,5 bal gücündə olan yeraltı təkan yerli vaxtla 01:56-da (Bakı vaxtı ilə 02:56) qeydə alınıb. Zəlzələnin episentri Bingöl vilayətinin Yedisu rayonunda yerləşib.

Mütəxəssislərin açıqlamasına əsasən, yeraltı təkan 6,9 kilometr dərinlikdə baş verib.

Hadisə nəticəsində dağıntı və insan tələfatı qeydə alınmayıb.

Kənan
Milli.Az