Ancelina Coli Qəzza ilə sərhəddə - FOTO

2 Yanvar 2026 22:22

Ancelina Coli Qəzzadakı humanitar böhranla bağlı dünyaya çağırış edib.

Milli.Az xəbər verir ki, dünyaca məşhur Hollivud ulduzu Ancelina Coli Misirin Qəzza ilə sərhədində yerləşən Rəfah keçid məntəqəsinə səfər edib. Aktrisa bölgədəki ağır vəziyyəti yerində izləmək üçün yardım işçiləri və yaralılarla görüşüb.

Məşhur aktrisa Rəfah keçid məntəqəsinin Misir tərəfində Qızıl Aypara əməkdaşları, yardım daşıyan yük avtomobillərinin sürücüləri və könüllülərlə bir araya gəlib. O, humanitar yardımların Qəzzaya çatdırılma prosesini yaxından izləyərək mövcud çətinliklər barədə məlumat alıb. Coli həmçinin Qəzzadan Misirə təxliyə edilən yaralı fələstinliləri ziyarət edərək onların müalicə prosesi və yaşadıqları hadisələrlə maraqlanıb. Bu səfər beynəlxalq ictimaiyyətin diqqətini yenidən bölgədəki humanitar ehtiyaclara yönəldib.

Qeyd edək ki, Ancelina Coli uzun illər BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xüsusi elçisi kimi fəaliyyət göstərib və mütəmadi olaraq münaqişə zonalarındakı mülki əhaliyə dəstək layihələrində iştirak edir.

İsmayıl
Milli.Az