Şamaxıda fərdi yaşayış evində partlayış baş verib.
Milli.Az xəbər verir ki, hadisə Şamaxı rayonunun Şahin Hüseynov küçəsində yerləşən fərdi yaşayış evində qeydə alınıb. Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal olunur.
Fövqəladə Hallar Nazirliyinin Şamaxı rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal hadisə yerinə cəlb edilib. Araşdırma zamanı məlum olub ki, ümumi sahəsi 120 kvadratmetr olan evdə yanğınla müşayiət olunmayan partlayış baş verib. Hadisə nəticəsində evin 30 kvadratmetrlik otağının pəncərə şüşələri sınıb və tavanı dağılıb. Hadisə zamanı ev sahibi müxtəlif dərəcəli xəsarətlər alıb. Hazırda ərazidə təhlükəsizlik tədbirləri görülüb və aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Milli.Az