Təzyiqin düşməni olan 4 amil

2 Yanvar 2026 21:30

Ruiyalı kardioloq Denis Prokofyev hipertoniya diaqnozu qoyulmadan sağlam həyat sürməyin yollarını açıqlayıb.

Milli.Az xəbər verir ki, mütəxəssis arterial təzyiqin yüksəlməsinə səbəb olan amilləri aradan qaldırmaqla bu xəstəlikdən qorunmağın mümkün olduğunu bildirib. O, artıq çəkidən qurtulmağın və zərərli vərdişlərdən imtina etməyin yüksək təzyiq riskini minimuma endirdiyini vurğulayıb.

Həkimin sözlərinə görə təzyiqin qəfil sıçrayışları əsasən stress, duzlu qidalardan həddindən artıq istifadə, spirtli içkilər və siqaret çəkmə fonunda baş verir.

Prokofyev qeyd edib ki, "Simptomatik forma kimi təzyiqin yüksəlməsi halları demək olar ki, hər kəsdə olur, lakin bəzən arterial hipertoniyanın inkişaf riskini azaltmaq üçün sadəcə təhrikedici amilləri aradan qaldırmaq kifayətdir". O, insanların təzyiq göstəricilərinə vaxtında diqqət yetirməsinin vacibliyini xüsusi qeyd edərək "İnsanlar yüksək təzyiqə nə qədər tez diqqət yetirsələr və mümkün səbəbləri müəyyən etsələr, hipertoniya diaqnozundan qaçmaq şansı bir o qədər çox olar" sözlərini əlavə edib.

Kardioloq bildirib ki, mütəxəssislər diaqnoz qoyarkən 120-nin 80-ə olan təzyiq göstəricisini əsas götürürlər. Bu həddi aşan göstəricilər artıq bədənin verdiyi bir siqnal kimi qəbul edilməlidir. Sağlam qidalanma və aktiv həyat tərzi ilə yanaşı, mütəmadi tibbi müayinələrin də xroniki hipertoniyanın qarşısını almaqda böyük rolu olduğu bildirilir.

İsmayıl
Milli.Az