"Beşiktaş" millimizin üzvünü transfer edə bilər

2 Yanvar 2026 18:00

"Beşiktaş" Azərbaycan millisinin üzvü, hazırda Niderlandın "Volendam" klubunda çıxış edən Ozan Can Kökçünü transfer etməyə çalışır.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, kiçik qardaşı Orkun Kökçünün də "Beşiktaş"da çıxış etdiyinə görə Ozan Can bu transferə razıdır.

Qeyd edək ki, bu mövsüm "Volendam"da 17 rəsmi oyunda 1 qol, 2 məhsuldar ötürmə edən Ozan Can 20 yaşından etibarən Azərbaycanın U20, U21 və əsas komandasında forma geyinib. O, milli komandamızın heyətində 14 oyuna çıxıb. Türkiyədə əvvəllər "Bursaspor" və "Giresunspor"da oynayan futbolçunun hazırkı bazar dəyəri 350 min avrodur.

Ötən ilin iyul ayında azad agent olaraq "Volendam"a keçən təcrübəli futbolçunun müqaviləsi mövsümün sonunda başa çatacaq.

Milli.Az