Məhkumun qəbiristanlıqda gizlətdiyi "Kalaşnikov" avtomatı aşkarlandı - BİRGƏ ƏMƏLİYYAT

2 Yanvar 2026 13:00

Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib.

Bu barədə Milli.Az-a Ədliyyə Nazirliyindən bildirilib.

Qeytd edilib ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin müvafiq struktur qurumunun əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Binəqədi rayonu, İlham Hacıyev küçəsində yerləşən qəbristanlıqda torpağa basdırılaraq gizlədilmiş 1 ədəd nömrəsi silinmiş "AKS-74" tipli "Kalaşnikov" markalı avtomat silah, 1 ədəd ona məxsus daraq və 29 ədəd 7,62 kalibrli avtomat gülləsi aşkar edilərək götürülüb.

Milli.Az