İspaniya millisinin sabiq futbolçusu Serxio Ramos "Sevilya" klubunun prezidenti ola bilər.
Milli.Az xəbər verir ki, 39 yaşlı müdafiəçi La Liqa təmsilçisini almaq üçün rəsmi təklif irəli sürüb.
Məlumata əsasən, klubun ABŞ investisiya fondu ilə apardığı danışıqlar nəticə verməyib və bu, "Sevilya"nın səhmlərinin qiymətinin enməsinə səbəb olub. Hazırda ən yüksək təklifi məhz Serxio Ramosun verdiyi bildirilir.
Qeyd edək ki, Ramos "Sevilya" klubunun yetirməsidir. O, 2004/2005 və 2023/2024 mövsümlərində klubun əsas heyətində çıxış edib. Təcrübəli müdafiəçi karyerası ərzində həmçinin "Real Madrid", PSJ və son olaraq Meksikanın "Monterrey" komandasında oynayıb.
Milli.Az